Son dəqiqə

Türkiyə TPAO Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi

Qara dəniz enerji mənbəyinə çevriləcək

Bakı. TurkicWorld:

Qara dəniz enerji mənbəyinə çevriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qara dənizdə neft və təbii qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı elmi araşdırmalar aparan Prof. Dr. Nafiz Maden bildirib.

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin Barbaros Hayreddin Paşa gəmisi hazırda Orduda kəşfiyyat işləri aparır. Bu tədqiqatlar qiymətləndirildikdən sonra həmin bölgədə qazma işlərinə başlanılacaq”, - deyə o əlavə edib.

N.Maden onu da bildirib ki, Çayeli dənizindən götürülən yeni nümunələr də analiz üçün TPAO-ya göndəriləcək.

Qeyd edək ki, Türkiyənin terrorçulardan təmizlənən Şırnak vilayətinin Faraşin yaylasında da neft kəşfiyyatı işlərinə başlanılıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər