Son dəqiqə

Türkiyə Cənubi Koreya Mehmet Fatih Kacır

Cənubi Koreya və Türkiyə innovativ texnologiyalarda dünyada öncül rol almağı hədəfləyir - Kacır

Bakı. TurkicWorld:

Cənubi Koreya və Türkiyə innovativ texnologiyalarda dünyada öncül rol almağı hədəfləyir.

TurkicWorld- un məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır öz rəsmi sosial media hesabında məlumat verib.

"Cənubi Koreyanın paytaxtı Seulda texnologiya şirkətləri ilə görüş keçirdik. Dünyanın ən böyük batareya istehsalçılarından biri, külək turbin komponentləri istehsalçısı CS Wind və batareya katod istehsalçısı LG Energy ilə hərtərəfli görüşlər keçirdik. Hər bir şirkətlə dialoqumuzda Türkiyənin sənaye və texnologiya sahəsindəki transformasiya potensialından danışdıq. 70 ildən çox tarixi əlaqələrimiz və iki dost ölkənin uğur hekayələri daha parlaq gələcək üçün yeni başlanğıclara səbəb olacaq. İnnovativ texnologiyalarda dünya səhnəsində öncül rol almağı hədəfləyirik. Cənubi Koreyalı investorların Türkiyəyə marağı artır",- deyə paylaşımda bildirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər