Terrorizm və İslamafobiyanın yayıldığı vaxtda MİKTA-nın görəcəyi işlər artıb - Ərdoğan

Terrorizm və İslamafobiyanın yayıldığı vaxtda MİKTA-nın görəcəyi işlər artıb - Ərdoğan

Bakı. TurkicWorld:

Dünyada terrorizm və İslamafobiyanın yayıldığı vaxtda Türkiyə, Meksika, İndoneziya, Cənubi Koreya və Avstraliyadan ibarət qitələrarası qeyri-rəsmi məsləhət və koordinasiya platformasının (MİKTA) görəcəyi işlər daha da artıb.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində MİKTA üzv ölkələrin dövlət başçıları ilə görüşü zamanı deyib.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, Avstraliyanın baş naziri Entoni Albanese, İndoneziya prezidenti Coko Vidodo, Cənubi Koreya prezidenti Yoon Suk-Yeol və Meksikanın iqtisadiyyat naziri Raquel Buenrostro Bharat Mandapam Beynəlxalq Sərgi və Konqres Mərkəzində keçirilən görüşdə iştirak ediblər.

Qeyd edək ki, Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya arasında qeyri-rəsmi məsləhət və koordinasiya platforması olan MİKTA 2013-cü ildə yaradılıb. 2022-ci ildə MİKTA sədrliyi Avstraliya tərəfindən Türkiyəyə təhvil verilib. Türkiyənin MİKTA sədrliyi qlobal sağlamlıq, effektiv miqrasiya idarəçiliyi və ərzaq təhlükəsizliyi ilə bağlıdır.

Ləman Əsədli

Twitter: lamanasadli01