Bakı. TurkicWorld:
Taxıl sazişi təşəbbüsünün davam etdirilməsi istiqamətində müsbət addımlar atılacağına inanırıq.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə nazirliyi bəyanat yayıb.
“Türkiyə Cümhuriyyəti təhlükəsizliyin təmin edilməsi üçün üzərinə düşəni etməyə davam edəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında regionda ədalətli və davamlı sülh bərqərardır. Türkiyə silahlı qüvvələri Egey və Aralıq dənizində güzəştə getmədən, Türkiyə və Şimali Kiprin hüquq və mənafelərini qorumağa davam edir. Yunanıstanla son zamanlar yaranmış müsbət atmosferi inkişaf etdirmək üçün qarşılıqlı səylərimiz davam edəcək, dialoq kanalları açıq saxlanılacaq",- deyə Türkiyə MN-nin bəyanatında deyilir.
Türkiyə MN açıqlamasında bildirir ki, BMT, NATO, Aİ, ATƏT ilə ikitərəfli əlaqələr çərçivəsində təlim fəaliyyətlərini fasiləsiz davam etdiririk.
Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri Qara dənizin minalardan təmizlənməsi üçün 5-6 sentyabr tarixlərində Rumıniyada keçirilən SEA BREEZE-2 təlimində iştirak edib.
Aytac Süleymanova
Twitter: a_alieva_







