Türkiyə Rusiya Vladimir Putin Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi

Yeni təklif paketi nəticəsində taxıl dəhlizinin fəaliyyətinin bərpa ediləcəyinə inanıram - Ərdoğan

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə hazırlanan yeni təklif paketi nəticəsində taxıl dəhlizinin fəaliyyətinin yenidən bərpa ediləcəyinə inanıram.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

Qeyd edək ki, təklif paketinə Rusiya gəmilərinin sığorta probleminin həlli, Rusiya banklarının SWIFT-ə qoşulması və Rusiya taxılının heç bir əngəl olmadan daşınması daxildir.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 iyul tarixində bildirib ki, Rusiya taxıl sazişinə xitam verib.

Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər