Son dəqiqə

Türkiyə Rusiya Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Akkuyu Atom Elektrik Stansiyasının (NGS)

Akkuyu AES-də əməkdaşlıq müsbət istiqamətdə davam edir - Ərdoğan

Bakı. TurkicWorld:

Akkuyu Atom Elektrik Stansiyasında Rusiya ilə əməkdaşlıq müsbət istiqamətdə davam edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

"Hazırda Türkiyə ilə Rusiya arasında xarici ticarət dövriyyəsi 62 milyard dollardır. Bu göstəricini 100 milyard dollara çatdırmağı hədəfləyirik”, - deyə o əlavə edib.

Bundan əlavə, prezident Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə müdafiə sənayesində əməkdaşlıqda maraqlıdır.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Ləman Əsədli
Twitter:Lamanasadli01

Mövzuya görə xəbərlər