Tezliklə Hatay Hava Limanının tikintisinə başlanılacaq - Ərdoğan

Tezliklə Hatay Hava Limanının tikintisinə başlanılacaq - Ərdoğan

Bakı. TurkicWorld:

Tezliklə Hatay Hava Limanının tikintisinə başlanılacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay Şəhərsalma Layihəsinin Kollektiv Təməl Atma Mərasimində çıxış edib.

“Bu yaxınlarda Kahramanmaraş və Adıyamanda minlərlə binanın təməlini atdıq. Hatayda 254 min 195 evə ziyan dəyib. Hazırda Hatayda 32 min 600 yaşayış yeri, 7 min 800 kənd evi və anbar olmaqla 40 min 400 müstəqil hissənin tikintisi davam edir. Bu gün yenilərini əlavə edirik. 5 min müstəqil bölmənin təməlini qoyuruq.” – deyə Ərdoğan qeyd edib.

O bildirib ki ki, ümumilikdə 86 min nəfər bu layihənin gerçəkləşməsi üçün müraciət edib.

“Hatay Hava Limanının layihəsi tamamlanıb. Tezliklə hava limanının tikintisinə başlanılacaq.” – deyə Ərdoğan əlavə edib.

Hafiz Rufizoğlu