Türkiyənin hədəfi terroru məhv etməkdir - Ərdoğan

Türkiyənin hədəfi terroru məhv etməkdir - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyənin hədəfi terroru məhv etməkdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Hərbi Akademiyasındakı çıxışında qeyd edib.

“Biz 40 ilə yaxındır separatçı terror təşkilatı ilə mübarizə aparan bir ölkəyik. Minlərlə övladımızı şəhid etdik, amma imperialist güclərə heç vaxt güzəştə getmədik. Suriyada baş verən hadisələrdən ruhlanaraq, müxtəlif istəklərdən kömək ümid edən separatçı terror təşkilatını onların qazdıqları çuxurlara basdırdıq və basdırmağa davam edəcəyik.” – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, sərhədlərdən kənarda və şəhərlərdə bu kimi illeqal qruplara, təşkilatlara qarşı mübarizəmiz davam edir.

“Dağlarda hərəkət məkanı daralmış separatçı terrorçu üzvlərinin şəhərlərimizə sızmasına imkan verməyəcəyik.” – deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Hafiz Rufizoğlu