Son dəqiqə

Türkiyə Türk Dövlətləri Təşkilatı Bursa

Türkiyədə TDT Kosmos Tədqiqatçıları Akademiyasının açılışı olub

Bakı. TurkicWorld:

Bursa şəhərində yerləşən GUHEM-də (Gökmən Kosmos və Aviasiya Tədris Mərkəzi) təşkil edilən Türk Dövlətləri Təşkilatı Kosmos Tədqiqatçıları Akademiyasının açılışı olub.

TurkicWorld xəbər verir ki, açılış mərasimində TDT baş katibi səfir Kubanıçbek Omuraliyev, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirinin müavini Prof. Ahmet Yozqatlıgil, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, TUA sədri Serdar Hüseyn Yıldırım iştirak edib.

Tədbirdə çıxış edən K.Omuraliyev kosmosdan səmərəli istifadənin, eləcə də TDT-yə üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

"Türkiyə Kosmik Agentliyinin ev sahibliyi etdiyi proqramın məqsədi türk gəncləri arasında kosmos sahəsində məlumatlılığı artırmaq və gələcəyin kosmos liderlərinin yetişdirilməsinə yol açmaq, həmçinin iştirakçılar arasında həmrəylik və dostluğu gücləndirməkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı Kosmos Tədqiqatçıları Akademiyası 27 avqust-2 sentyabr 2023-cü il tarixlərində təşkil ediləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər