Son dəqiqə

Türkiyə Selçuk Bayraktar Şimali Kipr Türk Respublikası Baykar TEKNOFEST

TEKNOFEST-i Azərbaycandan sonra Şimali Kiprdə keçirməyi planlayırıq - Selçuk Bayraktar

Bakı. TurkicWorld:

TEKNOFEST-i Şimali Kipr Türk Respublikasında da keçirməyi planlayırıq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

"TEKNOFEST daha öncə can Azərbaycanda keçirildi. Bundan əlavə, Özbəkistan, Ukrayna, İndoneziyadan da tələb gəlib", - deyə o vurğulayıb.

S.Bayraktar onu da bildirib ki, bu gün keçiriləcək TEKNOFEST-də 120 fərqli ölkədən iştirakçı olacaq.

"Ankarada bu festivala böyük bir maraq var, hətta İstanbulda təşkil etdiyimiz TEKNOFEST-dən üç dəfə daha çox iştirakçı olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər