Son dəqiqə

Türkiyə Ukrayna Hakan Fidan Krım Tatar Türk İcması

Hakan Fidan Krım Tatar Türk İcmasının liderləri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Krım Tatar Türk İcmasının liderləri ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN rəsmi X (Twitter) hesabında paylaşım edib.

Fidan Türkiyənin Krım tatar türklərinin hüquqlarının və statusunun gücləndirilməsi ilə bağlı bütün təşəbbüsləri dəstəklədiyini bildirib.

Məlumat üçün qeyd edək ki, Hakan Fidan Kiev səfəri zamanı Ukrayna Prezidenti Volodmir Zelenski, Prezident Aparatının rəhbəri Andrey Yermak, baş nazir Denis Şmiqal və həmkarı Dmitro Kuleba ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər