Son dəqiqə

Türkiyə Avropa İttifaqı Rəcəb Tayyib Ərdoğan Macarıstan Viktor Orban

Macarıstanın Aİ-yə sədrlik edəcəyi dönəmdə ciddi adımlar ata bilərik - Ərdoğan

Bakı. TurkicWorld:

Macarıstanın baş naziri Viktor Orban 2024-cü ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək, bu prosesdə ciddi addımlar ata bilərik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablayarkən deyib.

"V.Orban Türk Cümhuriyyətləri ilə bağlı müşahidəçi üzv kimi hansı mövqedə olduğumuzu bilir. Macarıstan tarixən Türkiyəyə yaxın olan bir ölkədir və bu yaxınlığını ölkəmizə olan münasibəti ilə sübut edir", - deyə o vurğulayıb.

Qeyd edək ki, 20 avqust tarixində Rəcəb Tayyib Ərdoğan Macarıstanın milli bayramı - Müqəddəs Stefan Günü qeyd etmələrində iştirak etmək üçün Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.

Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər