Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Macarıstan Viktor Orban

Macarıstanla ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyirik - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə və Macarıstan arasında ticarət həcmini qısa zamanda 6 milyard dollara çatdırmağı hədəfləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi sosial media hesabında bildirib.

"Türkiyə ilə Macarıstan arasında köklü və möhkəm dostluq münasibətlərinə əsaslanan geniş əlaqələr var. Macarıstanla əlaqələrimizin bütün sahələrində mühüm irəliləyiş əldə edirik", - deyə Prezident Ərdoğan vurğulayıb.

Qeyd edək ki, 20 avqust tarixində Rəcəb Tayyib Ərdoğan Macarıstanın milli bayramı - Müqəddəs Stefan Günü qeyd etmələrində iştirak etmək üçün Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyə və Macarıstanın ikitərəfli ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər