Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Macarıstan Viktor Orban

Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Orban ilə görüşüb

Bakı TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orban ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüşdə Türkiyə ilə Macarıstan münasibətləri müzakirə edilib.

Danışıqlarda Türkiyə və Macarıstan münasibətləri ilə yanaşı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü məsələlərinə, regional və beynəlxalq problemlərə baxılıb.

Ərdoğanı Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Gənclər və İdman Naziri Osman Aşkın Bak, Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, Ticarət Naziri Ömər Bolat, Rabitə direktoru Fahrettin Altun, Baş nazir Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Zəfər Çubukçu da müşayiət edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Macarıstanın milli bayramı - Müqəddəs Stefan Günü qeyd etmələrində iştirak etmək üçün Orbanın dəvəti ilə Budapeştə bir günlük səfərə gəlib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər