
Bakı. TurkicWorld:
Şimali Kipr Türk Respublikasının (KKTC) suveren hüquqlarına heç kim hörmətsizlik edə bilməz.
TurkicWorld-un məlumatına görə, bu barədə AK partiya sözçüsü Ömer Çelik deyib.
“Kipr türklərinin Piledəki torpaqlarına çıxışını asanlaşdırmaq üçün tikilən Pile-Yiğitler yolu humanitar məqsəd daşıyır. Digər tərəfdən, Kiprdə xidmət edən BMT Sülhməramlı Qüvvələrinin Pile-Yiğitler Layihəsi yolunun tikinti prosesi ilə bağlı münasibəti qəbuledilməz və son dərəcə yanlış idi.” – deyə Çelik bildirib.
O qeyd edib ki, sülhməramlılar türk torpaqlarını müsadirə edərək yunanlar tərəfindən salınan Larnaka-Dhekeliya-Ayia Napa və Pile-Voroklini yollarının tikintisinə icazə veriblər.
“Sülh Korpusunun Kipr türk tərəfinə münasibəti ikili standartları ehtiva edir və Sülh Korpusunun neytrallığına ağır zərbə vurub.” – deyə o bildirib.
Ömer Çelik qeyd edib ki, bu prosesdə Türkiyə KKTC-ni tam dəstəkləyir.
Xatırladaq ki, ötən günlərdə BMT sülhməramlıları Pile-Yiğitler yolunun tikiləcəyi əraziyə beton bloklar qoyaraq prosesin qarşısını almağa çalışıblar.
KKTC təhlükəsizlik qüvvələri BMT-yə məxsus avtomobilləri və beton blokları buldozerlər vasitəsi ilə bölgədən uzaqlaşdırıb.
Hafiz Rufizoğlu