Nigeriyadakı türk vətəndaşları ölkələrinə təxliyyə edilib

Nigeriyadakı türk vətəndaşları ölkələrinə təxliyyə edilib

Bakı. TurkicWorld:

Hərbi çevriliş səbəbilə hava məkanı bağlanan Nigeriyada qalan türk vətəndaşları xüsusi icazə ilə Türkiyəyə gətirilib.

TurkicWorld xəbər verir ki, 226 nəfər Türkiyənin Türk Hava Yolları (THY) təyyarəsi ilə yerli vaxtla saat 06:00-da İstanbul Hava Limanına eniş edib.

Qeyd edək ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub. Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb. Prezident Mohamed Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.

Ləman Əsədli

Twitter: lamanasadli01