Son dəqiqə

Türkiyə Kanada

Kanada neft yataqlarının istismarı üçün Türkiyə ilə əməkdaşlıq edəcək

Bakı. TurkicWorld:

Kanadanın Trillion Energy energetika şirkəti neft çıxarılması və yataqların istismarı üçün Türkiyə ilə əməkdaşlıq edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Kanadanın Trillion Energy energetika şirkəti türk şirkətləri ilə müqavilə imzaladığını açıqlayıb.

Məlumata əsasən, ölkələr arasında Cudi və Qabar rayonunda yerləşən üç neft-kəşfiyyat blokunda 50% iş və gəlir payı üzrə razılıq əldə olunub.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər