Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi FETÖ Zeki Aktürk

Bu il 4 mindən çox şəxs qeyri-qanuni yollarla sərhədləri keçməyə cəhd edərkən saxlanılıb – Zeki Aktürk

Bakı. TurkicWorld:

Bu il 4 min 468 şəxs qeyri-qanuni yollarla sərhədləri keçməyə cəhd edərkən saxlanılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Zeki Aktürk nazirlikdə keçirilən “Mətbuat İnformasiya Toplantısı”nda bildirib.

"Ötən həftə 210 qaçaqçı sərhədi keçməyə cəhd edərkən saxlanılıb. Bu adamlardan 21-i terrorçu, 20-si FETÖ üzvüdür. 3 min 132 nəfərin isə sərhədi keçəsinin qarşısı alınıb" – deyə Aktürk vurğulayıb.

O qeyd edib ki, sərhədləri keçməyə çalışan şəxslər üzərində müxtəlif miqdarlarda narkotik vasitə, həblər və müxtəlif cür silahlar ələ keçirilib.

“Bu il 4 min 468 nəfərin qeyri-qanuni yollarla sərhədləri keçməyə cəhd edərkən yaxalandığını bildirən Aktürk, "Bu il saxlanılan 4 min 468 şəxsin, 347-si terrorçu, 236-sı FETÖ üzvüdür.” – deyə Aktürk bildirib.

Məlumat üçün qeyd edək ki, saxlanılan şəxslərdən 4 min 631 kq narkotik vasitə, 1051 ədəd dərman həbləri və 24 ədəd silah ələ keçirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər