Bakı. TurkicWorld:
Türkiyənin Bingöl şəhərində yerli vaxtla saat 12:47-də 3.6 bal gücündə zəlzələ olub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Bildirilib ki, zəlzələ ocağı 5 kilometr dərinlikdə olub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







