Son dəqiqə

Türkiyə Kahramanmaraş

Kahramanmaraşda dabaq xəstəliyi ilə əlaqədər karantin tədbirləri görülüb

Bakı. TurkicWorld:

Türkiyənin Kahramanmaraş vilayətində dabaq xəstəliyi səbəbiylə profilaktik tədbir olaraq şəhər daxilində karantin tətbiqinə başlanılıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Kahramanmaraş vilayətində dabaq xəstəliyinin olması ilə əlaqədar heyvanların şəhərdaxili və xarici daşınması, həmçinin heyvan birja və bazarlarına gətirilməsi qadağan edilib.

Dabaq xəstəliyinin yeni yayılan SAT-2 ştamının iribuynuzlu mal-qaralar arasında çox yoluxucu olduğu, xüsusilə Kahramanmaraşla yaxın olan vilayətlərdə sürətlə artması və yayılma tendensiyası müşahidə edilib.

Xəstəliyə qarşı mübarizə çərçivəsində peyvənd və karantin tədbirlərinin həyata keçirildiyi şəhərə növbəti xəbərdarlığa qədər heyvanların daşınması, giriş-çıxışı qadağan edilib.

Digər tərəfdən, baytarlar seleksiyaçılara xəstəlik və görüləcək tədbirlər barədə məlumat veriblər.

Qeyd edək ki, dabaq xəstəliyinə Türkiyədə ilk dəfə fevral ayının 3-də yoluxma faktı qeydə alınıb. Virusun yayıldığı müəssisələrdə karantin daxil olmaqla bütün tədbirlər görülüb.

İraqda dabaq xəstəliyinin yayılmasından sonra Avropa dabaq xəstəliyi ilə Mübarizə Komissiyasının koordinasiyası ilə Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə virusun aşkar edilməsi üçün fərqli nümunələr göndərilib.

Mövzuya görə xəbərlər