Türkiyə və İtaliya AVRO-2032-ə namizədlik üçün UEFA-ya birgə müraciət edib

Türkiyə və İtaliya AVRO-2032-ə namizədlik üçün UEFA-ya birgə müraciət edib

Bakı. TurkicWorld:

Türkiyə və İtaliya AVRO-2032 Avropa Futbol Çempionatına namizəd olmaq üçün UEFA-ya birgə müraciət ediblər.

TurkicWorld xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi və İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ortaq namizədlik mövzusunda razılaşıblar.

Məlumata əsasən, M.Büyükekşi və Q.Qravina 10 oktyabr tarixində İsveçrənin Nyon şəhərində UEFA-nın İcraiyyə Şurasına təqdimat keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final maçı 12 may tarixində İstanbulda keçirilib.

Ləman Əsədli
Twitter: lamanasadli01