Bakı. TurkicWorld:
Türkiyə öz üzərinə düşəni edərək Avropa İttifaqına inteqrasiya prosesini təmin etmək istəyir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiynin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Avstriyanın Salzburq şəhərində keçirilən “Sabahın Avropası” adlı tədbirdə çıxışında deyib.
"Düşünürəm ki, bu gün Türkiyənin Avropanın transformasiya gücünə ehtiyacı olduğu qədər Avropanın da Türkiyəyə ehtiyacı var. Aİ və Türkiyənin qlobal ortaq dəyərləri var. Türkiyə NATO-nun ən güclü üzvlərindən biri olub. Türkiyə Qərbin təhlükəsizliyi üçün kritik mövqe tutmağa davam edir. Bu səbəbdən uzunmüddətli təhlükəsizlik, Avropa İttifaqı enerjisi kimi bir çox məsələlərin həllində Türkiyə də iştirak edə bilər", - deyə o bildirib.
Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.
Ləman Əsədli
Twitter:lamanasadli01







