Son dəqiqə

Türkiyə Ədliyyə Nazirliyi HÜDAPAR Yılmaz Tunc

Partiya qərargahına edilən hücumla bağlı məhkəmə istintaqı başladılıb - Yılmaz Tunç

Bakı. TurkicWorld:

Partiya qərargahına edilən hücumla bağlı məhkəmə istintaqı başladılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.

"İstintaq mənfur hücumun bütün tərəflərini işıqlandırmaqda davam edir. Mərhumun ailəsinə və HÜDA PAR təşkilatına başsağlığı verirəm" - deyə Tunç bildirib.

O qeyd edib ki, araşdırma zaman bir nəfər saxlanaraq nəzarətə götürülüb.

Məlumat üçün qeyd edək ki, bu gün HÜDA-PAR Adana qərargahına hücum edilib.

Hücum zamanı partiyanın Adana vilayət sədri Salih Dəmir ağır yaralanıb, baş katib Sacit Pişgin isə hücum zamanı həyatını itirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər