İbad Hüseynli təkcə Can Azərbaycanımızın Milli Qəhrəmanı deyil, bütün Türk Dünyasının qəhrəman oğludur.
TurkicWorld-un məlumatına görə, bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlini prezident kompleksindəki ofisində qəbul etdiyi zaman bildirib.
“44 günlük Qarabağ zəfərindən sonra Qarabağın işğalı zamanı ASALA fəallarından biri olmuş, Xocalı Soyqırımı zamanı erməni hərbi birləşmələrinə komandanlıq etmiş Monte Melkonyanı təkbətək döyüşdə məhv edən və Türk dünyasının böyük dövlət xadimi, Azərbaycanın Ümumilli Lideri mərhum Heydər Əliyevin bayraq medalı ilə mükafatlandırdığı və, 44 günlük Vətən müharibəsindən sonra Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş qardaşım İbad Hüseynlini qonaq etmək məni çox sevindirdi. İbad Hüseynli təkcə Can Azərbaycanımızın Milli Qəhrəmanı deyil, bütün Türk Dünyasının qəhrəman oğludur, çünki biz indi yeddi dövlətli bir millətik”. – deyə Topçu qeyd edib.
Daha sonra İbad Hüseynli Yalçın Topçuya öz təşəkkürlərini bildirib.
“Ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyevin “bir millət, iki dövlət” dediyi kimi, mən də özümü Bakıya aid olduğum qədər Ankaraya, türk dünyasına aid hiss edirəm. Hörmətli nazirim, köhnə dostum və qardaşım Yalçın Topçuya dərin təşəkkürümü bildirirəm. Allah əziz Türkiyəmizi və əziz Azərbaycanımızı qorusun” – deyə Hüseynli vurğulayıb.