Bakı. TurkicWorld:
ABŞ Dövlət Departamenti "F-16"ların Türkiyəyə satışını dəstəkləyir.
TurkicWorld-un məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi mətbuat konfransı zamanı deyib.
"ABŞ F-16-ların Türkiyəyə satışını dəstəkləyir və Türkiyənin Avropa İttifaqına üzv olma hədəflərini də dəstəkləməyə davam edəcək",- deyə ABŞ Dövlət Departamenti tərəfindən bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.