Son dəqiqə

Türkiyə İsrail Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Mossad

MİT MOSSAD-ın cəsus şəbəkəsinə qarşı əməliyyat keçirib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbulda İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-ın cəsus şəbəkəsinə qarşı əməliyyat keçirib.

TurkicWorld xəbər verir ki, İsrail Milli Kəşfiyyat Xidməti MOSSAD-da işlədiyi müəyyən edilən yeddi nəfər İstanbulda saxlanılıb.

Qeyd olunur ki, MİT İstanbul Regional İdarəsinin Əks-Kəşfiyyat bölmələri MOSSAD-ın Türkiyədəki kəşfiyyat fəaliyyətlərini aylarca addım-addım təqib edib.

MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib.

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin təşkil etdiyi siyasi və hərbi casusluq əməliyyatında tutulan yeddi nəfər dindirilərkən MOSSAD-a işlədiklərini etiraf edib.

MİT-in əldə etdiyi məlumata görə, MOSSAD kəşfiyyat və izləmə qabiliyyətinə malik şəxsləri xüsusi olaraq seçərək xaricdə öyrədib.

MİT, həmçinin MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və SİHA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.

Məlumat üçün qeyd edək ki, saxlanılanlardan ikisi türkdür.

Mövzuya görə xəbərlər