Türk Hava Yolları tarixi rekorda imza atıb

Türk Hava Yolları tarixi rekorda imza atıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) tarixində ən yüksək uçuş və sərnişin rekordu qırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün öz sosial media hesabında paylaşım edib.

"Türk Hava Yolları 1664 səfər və 285 min 877 sərnişin daşımaqla tarixi rekorda imza atıb. Bayrağımız səmalarda dalğalanmağa davam edəcək", - deyə paylaşımda bildirilib.