Türk Hava Yolları səkkizinci dəfə "Avropanın ən yaxşısı" seçilib

Türk Hava Yolları səkkizinci dəfə "Avropanın ən yaxşısı" seçilib

Bakı. TurkicWorld:

Türk Hava Yolları Dünya Hava Yolları Mükafatlarında səkkizinci dəfə "Avropanın Ən Yaxşı Hava Yolları" mükafatına layiq görülüb.

TurkicWorld xəbər verir ki, mükafatlar “Aviasiya sənayesinin Oskarları” kimi tanınan Paris Hava və Kosmos Muzeyində keçirilən tədbirdə elan edilib.

Məlumata əsasən, ingilis, fransız, ispan, rus, yapon və çin dillərində təqdim edilən Skytrax (Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi) 2022-2023 mükafat sorğusunda 100-dən çox ölkədən vətəndaşları təmsil edən 20,23 milyon cavab qiymətləndirilib və 325 aviaşirkət arasından qaliblər müəyyən edilib. Türk Hava Yolları həmçinin “Dünyanın Ən Yaxşı Biznes Sinif İaşə Xidməti”, “Dünyanın Ən Yaxşı İqtisadiyyat Sinif İaşə Xidməti”, “Cənubi Avropanın Ən Yaxşı Hava Yolları” və “Avropanın Ən Yaxşı İqtisadiyyat Xidməti” mükafatlarına layiq görülüb.

Mehriban Xəlilli

@MXalilbakova