Bakı. TurkicWorld:
Çinin Skyworth şirkəti və Türkiyənin Ulubaşlar Qrupu, Türkiyədə akkumulyator fabrikinə sərmayə qoymaq barədə razılığa gəlib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Ulubaşlar Qrupu şirkətlərindən biri olan Ulu Motor və Skywell elektrik avtomobil markasının istehsalçısı Skyworth, akkumulyatorların inkişafı və Türkiyədə istehsal fabriki açmaq üçün razılığa gəliblər.
Ulu Motorun distribütorluğu ilə Türkiyə bazarına daxil olan Skyworth, ölkədəki investisiyalarını davam etdirir. Keçən il Çinin Jiangsu əyalətində 1,2 GWh gücündə akkumulyator fabriki açan marka, bu addımı ilə qlobal bazarda rəqabətdə ön plana çıxıb.
Çindəki 22 min kvadratmetrlik obyektində bir batareya modulu və iki batareya paketi istehsal xətti quran marka, 2023-cü ildə 170 milyon dollar dəyərində batareya istehsal etməyi hədəfləyir.
İnvestisiya fəaliyyəti çərçivəsində Skyworth, Türkiyədə akkumulyator istehsal etmək və istehsal fabriki açmaq üçün Ulu Motor ilə müqavilə bağlayıb.
Skywell Türkiyənin baş direktoru Mahmud Ulubaş bildirib ki, Skywell tərəfindən yeni nəsil nəqliyyat vasitələri sahəsində qazanılan təcrübə ilə dizayn edilən ET5, tələbatı ödəmək üçün kifayət qədər sayda istehsal edilib.
"86 kVt/saat yüksək tutumlu akkumulyatoru sayəsində ET5 şəhərdə 642 kilometrə qədər məsafə qət edə bilir. 0-dan 100 km/saata qədər sürətlənməyə 7,9 saniyə lazımdır”, - deyə direktor qeyd edib.
Mahmud Ulubaş vurğulayıb ki, ən müasir avadanlıqlarla hazırlanmış 150 kVt elektrik eSUV modelinin sürətli şarj xüsusiyyəti ilə 20-dən 70 faizə qədər doldurulması təxminən 30 dəqiqə çəkir.
“Yeni dizaynımız bütün bu xüsusiyyətləri ilə bazarda olan modellər, xüsusilə uzunmənzilli və rahat bir sürüşü seçənlər üçün mükəmməl seçimdir. Türkiyədə Skywell tərəfindən yeni modellərin istehsalı üzərində işləyirik”, - deyə Ulubaş əlavə edib.
Elektrikli nəqliyyat vasitələrinin çox qənaətcil olduğuna toxunan Mahmut Ulubaş, məişət prizlərində 100 kilometrlik məsafə üçün lazım olan şarj tutumunun dəyərinin təxminən 20 lirəyə uyğun olduğunu bildirib.
"Batareya, xüsusən də avtomobil bazarının transformasiyasında əsas elementdir və bu texnologiyanın istehsalı Türkiyəyə mühüm imkanlar verəcək, həm də məşğulluq baxımından əhəmiyyətli gəlirlər gətirəcək. Bundan əlavə Skywell-in gələcək üç il içərisində Türkiyə bazarına çıxarılmasını planlaşdırırıq. Yeni modellərinin Türkiyədə istehsal üçün işlərimizi davam etdiririk. Bununla bağlı da müsbət irəliləyişlər gözləyirik”, - deyə Skywell Türkiyənin baş direktoru qeyd edib.
Skywell həmtəsisçisi və baş icraçı direktoru Wu Longba da şirkətin performansını yaxşılaşdırmaq üçün davamlı olaraq Ar-Ge araşdırmaları apardıqlarını bildirib. O, Türkiyə üçün yeni investisiya planlarının olduğunu bildirib.







