Ankarada yağan güclü yağış vətəndaşlara çətinliklər yaradıb

Ankarada yağan güclü yağış vətəndaşlara çətinliklər yaradıb

Bakı. TurkicWorld:

Ankarada yağan güclü yağış vətəndaşlara çətinliklər yaradıb.

TurkicWorld-un məlumatına görə, şəhərdə günorta saatlarından başlayan yağış səbəbindən bəzi küçə və yollarda gölməçələr əmələ gəlib.

Şiddətli yağış nəticəsində metropolitenə su sızıntısı baş verib. Bu səbəblə də vətəndaşlar oradan təxliyyə edilib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin Meteorologiya Ümumi Müdirliyi Ankarada günortadan sonra güclü yağış yağacağını bildirmişdi.