Neapol sahillərində Türkiyə gəmisini qaçırmaq istəyən şəxslər saxlanılıb

Neapol sahillərində Türkiyə gəmisini qaçırmaq istəyən şəxslər saxlanılıb

Bakı. TurkicWorld:

İtaliyanın müdafiə naziri Quido Krozetto Türkiyənin ticarət gəmisini ələ keçirməyə cəhd edən şəxslərin saxlanıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə o özünün "Twitter" səhifəsində yazıb.

"Gəmini qaçırmaq istəyən miqrantlar zərəsizləşdirilib və hər şey uğurla başa çatıb", - deyə nazir bildirib.

Xatırladaq ki, daha əvvəl Quido Krozetto bildirmişdi ki, SOS siqnalı verən gəminin heyətinə kömək üçün Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi göndərilib.