Balıkesir Universitetinin atletləri orienteering idman növü üzrə uğur əldə ediblər

Balıkesir Universitetinin atletləri orienteering idman növü üzrə uğur əldə ediblər

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin idmançıları Türkiyə Universitet İdmanları Federasiyasının 2022-2023-cü tədris ili fəaliyyət proqramında keçirilən Unilig Orienteering (Səmt müəyyən etmə) yarışında uğurlu nəticələr əldə ediblər.

31 may - 1 iyun 2023-cü il tarixləri arasında Sivas Cümhuriyyət Universitetində keçirilən yarışda Balıkesir Universitetinin tələbəsi Buket Aydın qısa məsafədə Türkiyə çempionu, orta məsafədə isə Türkiyə ikincisi olub.

Orbay Fatih Yıldız isə qısa məsafədə Türkiyədə dördüncü, orta məsafədə Türkiyədə yeddinci, fərdi sıralamada dördüncü olub.