Türkiyədə may ayında baş verən qəzaların sayı açıqlanıb

Türkiyədə may ayında baş verən qəzaların sayı açıqlanıb

Bakı, TurkicWorld:

Türkiyədə 2023-cü ilin may ayında ümumilikdə 48 min 380 avtomobil qəzası baş verib.

TurkicWorld bu barədə Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, may ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 41 min 58, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 7 min 322 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 31 min 746, vəfat edənlərin sayı isə 275 nəfər təşkil edib”, - deyə idarədən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyədə ümumilikdə 207 min 675 avtomobil qəzası baş verib. Hesabat dövründə 123 min 521 nəfər yaralanıb, 1 min 56 nəfər isə vəfat edib.

Ləman Əsədli

Twitter: lamanasadli01