Balıkesir Universitetinin rektoru universitetin çempion cüdoçuları ilə görüşüb

Balıkesir Universitetinin rektoru universitetin çempion cüdoçuları ilə görüşüb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universitetinin (BAUN) rektoru Prof. Dr. Yücel Oğurlu Universitetlər arası Türkiyə Cüdo Çempionatında universiteti uğurla təmsil edən idmançılarla görüşüb.

Universitetin idmançıları Türkiyənin Sinop vilayətində təşkil edilən çempionatda iki qızıl, bir gümüş, doqquz bürünc medal, ikinci və üçüncülük kubokunu qazanıblar.

Yücel Oğurlu qazanılan uğurlu nəticələrə görə idmançıları və komandanı təbrik edib və 19-24 avqust tarixləri arasında Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək cüdo üzrə Avropa Universitetlər arası Çempionatda iştirak edəcək tələbələrə uğurlar arzulayıb.

Universitetlər arası Türkiyə Cüdo Çempionatında Balıkəsir Universiteti Tələbələrinin Qazandıqları dərəcələr və medallar:

48 kq. Hanife ÖZCAN – Qızıl medal;

57 kq. Aslınur SARI – Gümüş medal;

70 kq. Seydanur AYDIN – Qızıl medal;

73 kq. Cemil Yiğit İRMAK – Bürünc medal;

81 kq. Abdülaziz KARA – Bürünc medal;

100 kq. Ömer Faruk AKKOYUNLU – Bürünc medal;

Qadın Komandaları Türkiyə İkincisi

Qarışıq Komandalar Türkiyə Üçüncüsü nəticələrini əldə ediblər.