Son dəqiqə

Türkiyə Nevşehir

Nevşehirdə təlim təyyarəsi qəzaya uğrayıb

Bakı, TurkicWorld:

Türkiyənin İstanbul Atatürk Hava Limanından Nevşehirə getmək üçün havaya qalxan özəl şirkətə məxsus təlim təyyarəsi Aksaray ərazisi yaxınlığında boş əraziyə düşüb.

TurkicWorld xəbər verir ki, təyarrənin pilotları Hakan Zengin və Hakan Göktürk xəsarət almadan qəzadan qurtulub.

İlkin məlumata əsasən, təyyarənin mühərrikindəki nasazlıq qəzaya səbəb olub.

Pilotlar xəstəxanaya yerləşdirilib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər