Son dəqiqə

Türkiyə Baykar Kızılelma

Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ''Kızılelma"nın kütləvi istehsalına başlanılır

Bakı, TurkicWorld:

Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın 2024-cü ildə kütləvi istehsalına başlanılacaq.

TurkicWorld xəbər verir ki, "Kızılelma"nın 2025-ci ildə TCG Anadolu dron gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.

Məlumat üçün qeyd edək ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"-nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.

Xatırladaq ki, 25 aprel tarixində "Bayraktar Kızılelma" və Pilotsuz Uçuş Aparatı "Bayraktar Akıncı" sınaq uçuşu zamanı ilk dəfə qol uçuşu həyata keçirib.

Bundan əlavə, 1 may tarixində dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi "Kızılelma" ilə F-16 qol uçuşu həyata keçirib.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər