Macarıstanın baş naziri andiçmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Macarıstanın baş naziri andiçmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Bakı. TurkicWorld:

Macarıstanın baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi ilə bağlı paylaşım edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Macarıstanın baş naziri öz "Twitter" səhifəsində yazıb.

"Prezident Ərdoğanı seçkidə qələbəsi münasibətilə təbrik etdim. Onun sülhməramlı mövqeyi Macarıstan üçün təzə nəfəs kimidir!", - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin andiçmə mərasimi iyunun 3-də baş tutub.

Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğan 52,14 faiz səslə qalib gəlib.