Türkiyədə tütün məmulatlarından istifadə edən vətəndaşlar 30 faizə qədər artıb

Türkiyədə tütün məmulatlarından istifadə edən vətəndaşlar 30 faizə qədər artıb

Bakı. TurkicWorld:

2022-ci ildə aparılan araştırmalara görə, 15 yaş və üstü Türkiyə vətəndaşlarının 28,3 faizi hər gün tütün məmulatlarından istifadə edir.

TurkicWorld-un məlumatına görə, ölkədə ümumilikdə tütün məmulatlarından istifadə etməyən və ya tərgidən vətəndaşlar 6,8 faiz təşkil edib.

Araşdırmaya əsasən Türkiyədə hər gün tütün məmulatlarından istifadə edən kişilər 41,3 faiz, qadınlar isə 15,5 faiz təşkil edib.

Eyni araşdırmaya görə, Türkiyədə 15 yaş və üstü vətəndaşların 12,1 faizi spirtli içkilərdən istifadə edib .

Ölkədə spirtli içkilərdən istifadə edən kişilər 18,4 faiz, qadınlar isə 5,9 faiz təşkil edib. Ümumilikdə spirtli içkilərdən istifadə etməyən və ya tərgidən vətəndaşlar 87,9 faiz olub.