NATO-nun baş katibi Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

NATO-nun baş katibi Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Bakı, TurkicWorld:

NATO-nun baş katibi Yens Stoltenberq 3-4 iyun tarixlərində Türkiyənin paytaxtı Ankaraya rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.

Məlumata əsasən, baş katibin Türkiyə rəsmiləri ilə ikitərəfli görüşlər keçircəyi də gözlənilir.

Qeyd edək ki, Y.Stoltenberq 1 iyun tarixində İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirmişdi.

Məlumat üçün bildirək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Bu ölkələrin NATO-ya üzv ola bilməsi üçün alyansın bütün üzvləri protokolu ratifikasiya etməlidir. Lakin Türkiyə bu ölkələr silah embarqolarını qaldırana və öz ərazilərində terror təşkilatlarına qarşı mübarizəni gücləndirənə qədər protokolu ratifikasiya etməkdən imtina edib.

Bundan əlavə, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.

Ləman Əsədli
Lamanasadli01