Səudiyyə Ərəbistanı inşaat yatırımları üçün Türkiyəyə investisiya ayıracaq

Səudiyyə Ərəbistanı inşaat yatırımları üçün Türkiyəyə investisiya ayıracaq

Bakı, TurkicWorld:

Səudiyyə Ərəbistanının Saudi Aramco neft-qaz şirkətinin inşaat yatırımları üçün türkiyəli podratçılarla görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Səudiyyə Ərəbistanının Körfəz ölkələrində 2025-ci ilə qədər həyata keçirməyi planlaşdırdığı 50 milyard dollar dəyərində tikinti layihələri müzakirə edilib.

Məlumata əsasən, boru kəmərləri, infrastruktur və inzibati binaların tikintisi də 50 milyard dollarlıq investisiyalar arasındadır.

Ləman Əsədli
Lamanasadli01