Ərdoğan Türkiyənin inkişafına mane olmağa çalışan qüvvələrin qalib gəlməsinə icazə vermədi - Fəxrəddin Altun

Ərdoğan Türkiyənin inkişafına mane olmağa çalışan qüvvələrin qalib gəlməsinə icazə vermədi - Fəxrəddin Altun

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə qarşı olan bütün qüvvələrə qalib gəldi.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun jurnalistlərə açıqlaması zamanı deyib.

"R.T.Ərdoğan seçki ərəfəsində sistematik şəkildə dezinformasiyalarla fəaliyyətinə davam edən koalisiyalarla mübarizə aparırdı. Türkiyənin inkişafına mane olmağa çalışan bu qüvvələrin qalib gəlməsinə xalq icazə vermədi", - deyə F.Altun qeyd edib.

Altun onu da vurğulayıb ki, bəzi qeyri-peşəkar sosial media şirkətləri seçki prosesində açıq şəkildə tərəf tutub.

"Beynəlxalq media nəhəngləri, onların daxili uzantıları, sosial media şirkətlərinin hamısı dezinformasiya mərkəzi olaraq cənab Ərdoğana qarşı əməliyyat mərkəzinə çevrildi və buna nail ola bilmədilər”, -deyə o əlavə edib.

Qeyd edək ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01