Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 20 dünya lideri iştirak edəcək

Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 20 dünya lideri iştirak edəcək

Bakı, TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyun tarixində keçirilən andiçmə mərasimində 20 lider və 45-ə yaxın nazir iştirak edəcək.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Türkiyə Böyük Millət Məclisində keçiriləcək mərasimdə iştirakı gözlənilir.

Məlumata əsasən, Somali, Əlcəzair və Balkan ölkələrindən də prezidentlər mərasimə qatılacaq.

Bundan əlavə, Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani və NATO baş katibi Yens Stoltenberqin də Türkiyəyə səfəri gözlənilir.

Andiçmə mərasimindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk qonağı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed olacaq.

Qeyd edək ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Ləman Əsədli
Lamanasadli01