Özbəkistanda Balıkəsir Universiteti ortaqlığında beynəlxalq konfrans keçirilib

Özbəkistanda Balıkəsir Universiteti ortaqlığında beynəlxalq konfrans keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkəsir Universiteti (BAUN), İstanbul Ticarət Universiteti, Kazan Federal Universiteti və Gülistan Dövlət Universiteti ilə birgə təşkil edilən “Keyfiyyətli Təhsil və Fənlərarası Yanaşma: Problemlər, Həll yolları və İşbirlikləri” mövzusunda beynəlxalq konfrans baş tutub.

Konfransın açılış mərasimi Özbəkistanın Gülüstan Dövlət Universitetinin Mədəniyyət Sarayında keçirilib.

Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu da onlayn şəkildə tədbirdə çıxış edib.

Özbək türkcəsində çıxış edən rektor Oğurlu tədbirin və əməkdaşlığın faydalı olmasını diləyərək, Balıkəsir Universiteti olaraq Türk Dünyasında dost və qardaş ölkələrin universitetləri ilə birgə layihələr və fəaliyyətlər həyata keçirməkdən məmnunluğunu bölüşüb.

2 günlük tədbirdə Balıkesir Universiteti Necatibey Təhsil Fakültəsindən Prof. Dr. Hülya Gür və Prof. Dr. Sare Çelik və Dos. Dr. Yılmaz Gür tərəfindən də şifahi təqdimatlar edilib.