Türkiyənin KAAN döyüş təyyarəsinin orijinal mühərrikinin hazırlanması üçün tender elan edilib

Türkiyənin KAAN döyüş təyyarəsinin orijinal mühərrikinin hazırlanması üçün tender elan edilib

Bakı, TurkicWorld:

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN döyüş təyyarəsinin orijinal mühərrikinin hazırlanması üçün tender elan edilib.

TurkicWorld xəbər verir ki, tenderə Ukraynanın “İvçenko Proqress” şirkəti də qatılıb.

Məlumata əsasən, hazırda KAAN döyüş təyyarəsində ABŞ istehsalı F110 turbofan mühərrikindən istifadə edilir.

Qeyd edək ki, Türkiyənin Müdafiə Sənayesi tərəfindən hazırlanan AKINCI TİHA, KIZILELMA, ANKA-3, KEMANKES və Super ŞİMŞEK kimi təyyarə və sursatlarda Ukrayna mühərriklərindən istifadə edilir.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Bundan əlavə, KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Ləman Əsədli

Twitter: lamanasadli01