Putin Ərdoğana zəng edəcək - Kreml

Putin Ərdoğana zəng edəcək - Kreml

Bakı. TurkicWorld:

Rusiya prezidenti Vladimir Putin ilə dünən üçüncü dəfə Türkiyə prezidenti seçilən Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Əminliklə demək olar ki, Putinlə Ərdoğan arasında telefon danığışı tezliklə baş tutacaq", deyə Peskov vurğulayıb.

Kremlin rəsmisi bildirib ki, Putin ilə Ərdoğan arasında yaxın perespektivdə görüş nəzərdə tutulmur, lakin istənilən an bu baş verə bilər.