Türkiyədə daha güclü zəlzələlər baş verə bilər

Türkiyədə daha güclü zəlzələlər baş verə bilər

Bakı, TurkicWorld:

Türkiyədə 5.5 bal gücündə və daha güclü zəlzələlər baş verə bilər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması şöbəsinin Baş direktoru Orhan Tatar məlumat verib.

O.Tatar onu da bildirib ki, Türkiyədə indiyə qədər 38 minə yaxın afterşok qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Ləman Əsədli
Lamanasadli01