Türkiyənin "Hızır Rəis" sualtı qayığı Hərbi Hava Qüvvələrinə təqdim edilib

Türkiyənin "Hızır Rəis" sualtı qayığı Hərbi Hava Qüvvələrinə təqdim edilib

Bakı, TurkicWorld:

Türkiyənin Yeni Tip Sualtı Qayıq Layihəsi çərçivəsində Gölcük Gəmiqayırma Zavodu Komandanlığında inşa edilən "Hızır Rəis" sualtı qayığı ölkənin Hərbi Hava Qüvvələrinə təqdim edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

Qeyd edək ki, "Hızır Rəis" sualtı qayığının uzunluğu 68 metr, hündürlüyü 13 metr, səth yerdəyişməsi 1690 ton, maksimal sürəti 20kt+, maksimum uçuş məsafəsi 1250 dəniz mili, dərinliyi 260 metrdir və 27 nəfərlik komanda tutumuna malikdir.

Bundan əlavə, Türkiyənin TCG Piri Rəis, TCG Hızır Rəis, TCG Murat Rəis, TCG Aydın Rəis, TCG Seydiali Rəis və TCG Selman Rəis sualtı qayıqları var.

Ləman Əsədli
Lamanasadli01