TUSAŞ 13 ölkə ilə 3,3 milyard dollar dəyərində müqavilə imzalayıb

TUSAŞ 13 ölkə ilə 3,3 milyard dollar dəyərində müqavilə imzalayıb

Bakı. TurkicWorld:

Türkiyənin Türk Aerokosmik Sənayesi (TUSAŞ), son 5 ildə 13 ölkə ilə 3,3 milyard dollarlıq müqavilə imzalayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə TUSAŞ-ın Korporativ Marketinq və Kommunikasiyalar üzrə sədri Bertan Kurt məlumat verib.

Kurtun sözlərinə görə, TUSAŞ müəssisələrində istehsal edilən platformalardan ANKA (Yüksək Sürətli Hədəf Təyyarə Sistemi) altı ölkəyə, AKSUNGUR iki ölkəyə, ATAK helikopterləri üç ölkəyə, HÜRKUŞ iki ölkəyə və ŞİMŞEK (Yüksək Sürətli Hədəf Təyyarə Sistemi) bir ölkəyə satılıb.

“Şirkətimiz bu zamana qədər Filippinə 4 ATAK, Qazaxıstana 3 ANKA, Qırğızıstana 2 AKSUNGUR, Çada 3 HÜRKUŞ və 2 ANKA, Nigerə 2 HÜRKUŞ, Tunisədə 5 ANKA təslim edib”. – deyə o əlavə edib.

Təyyarə konstruksiyalarında dünyanın qabaqcıl şirkətləri ilə işləyən TUSAŞ, son 3 ildə təxminən 2,5 milyard dollarlıq yeni iş inkişaf müqaviləsi imzalayıb.

“Bu ilin ilk 3 ayında 300 milyon dollarlıq müqavilə imzalayaraq, kütləvi istehsal edilən ATAK helikopteri, ANKA və AKSUNGUR pilotsuz uçuş aparatları, HÜRKUŞ təyyarələri ilə 2 milyard dollarlıq yeni satışlar həyata keçirməyi planlaşdırırq.” – deyə Kurt qeyd edib.

Xatırladaq ki, TUSAŞ Asiya-Sakit Okean regionunun ən böyük müdafiə sərgilərindən biri olan Malayziyada keçirilən Langkawi Beynəlxalq Dəniz və Aviasiya Sərgisinə (LIMA 2023) qatılıb. Şirkət hazırladığı təyyarələri Malayziya başda olmaqla region ölkələrinin hərbi və mülki orqanlarına təqdim edib.