Ankarada 20-ə yaxın İŞİD terrorçusu həbs edilib

Ankarada 20-ə yaxın İŞİD terrorçusu həbs edilib

Bakı, TurkicWorld:

Türkiyənin paytaxtı Ankarada anti-terror əməliyyatı keçirilib.

TurkicWorld xəbər verir ki, Ankara polisinin keçirdiyi əməliyyat nəticəsində İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatının 20 şübhəli üzvündən 18-i həbs edilib.

Saxlanılan şəxslərin xarici olduqları bildirilsə də, vətəndaşlıqları açıqlanmayıb.

Məlumata əsasən, digər şübhəlilərin axtarışı davam edir.

Ləman Əsədli
Lamanasadli01