Bakı, TurkicWorld:
Türkiyənin Nyu York Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezident seçkiləri üçün səs verdiyi Türk Evinə hücum olub.
TurkicWorld xəbər verir ki, saat 03.14 radələrində naməlum şəxs binanın ön şüşələrini sındırıb.
Məlumata əsasən, Nyu York polisi faktla bağlı araşdırma aparır.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Ləman Əsədli